İtaliya klubu onu satacaq
21.02.2025 , 13:30

“Yuventus” hücumçusu Duşan Vlahoviçi yayda satacaq.
Korner.az xəbər verir ki, serbiyalı futbolçunun çıxışı artıq klub rəhbərliyini qane etmir.
Turin təmsilçisi 25 yaşlı forvard üçün 25-30 milyon avro tələb edir.
Vlahoviçin İtaliya nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
