İtaliya klubu onu birdəfəlik aldı
13.06.2025 , 23:47

“Atalanta” “Bayer”in (Leverkuzen) müdafiəçisi Odilon Kossununu birdəfəlik alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu 2024/2025 mövsümündə İtaliya komandasının heyətində icarə əsasında çıxış edib.
