İtaliya klubu niderlandlı oyunçunu transfer edir
02.06.2025 , 13:45

PSV-nin vingeri Noa Lanq klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, niderlandlı futbolçu “Napoli”yə keçməyə yaxındır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, İtaliya klubunun Lanqla yaxından maraqlandığı iddia olunur.
Qeyd edək ki, Lanq 2023-cü ilin yayından PSV-ə çıxış edir.
