İtaliya klubu müdafiəçisini itirdi
04.03.2025 , 14:45

“İnter”in müdafiəçisi Federiko Dimarko zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, “Napoli” ilə keçirilən görüşdə (1:1) sıradan çıxıb.
Futbolçunun üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
