İtaliya klubu ispaniyalı qolkiperi saxlayır
07.04.2025 , 13:30

“Fiorentina” qapıçısı David de Xea ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, komanda ispaniyalı qolkiperlə yeni müqavilə imzalamaq istəyir.
İtaliya klubu oyunçunun çıxışından razıdır.
34 yaşlı çərçivə qoruyucusu ilə yaxın zamanda danışıqlara başlanılacaq.
O, bu mövsüm A Seriyasında 28 oyunda çıxış edib.
