İtaliya klubu hücumçu transfer edir
06.02.2025 , 22:41

“İnter” hücum xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İtaliya klubu “Lill”in oyunçusu Conatan Davidi heyətinə cəlb edəcək.
Kanadalı futbolçu yayda azad agent olacağından, “İnter” forvardı cari mövsümün sonunda transfer etməyə çalışacaq.
David bu mövsüm “Lill”in heyətində 34 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
