İtaliya klubu hücumçu axtarır
02.03.2026 , 14:30
“Milan” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, İtaliya klubunun diqqət mərkəzində “Borussiya”nın (Dortmund) forvardı Serhu Girassi var.
29 yaşlı futbolçunun A Seriyası təmsilçisinə keçidə necə yanaşdığı hələ məlum deyil. Bununla belə, “Milan” rəhbərliyi artıq Almaniya klubuna rəsmi təklif göndərib.
Qvineya millisinin əsas hücumçusunun “Borussiya” ilə müqaviləsi 2028-ci ilin 30 iyununa qədər qüvvədədir.