İtaliya klubu gənc oyunçu transfer edir
01.04.2025 , 14:05

“Yuventus”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İtaliya klubu hazırda “Kolxeti”də forma geyinən Andria Bartişvili ilə maraqlanır.
15 yaşlı gənc yarımmüdafiəçi karyerasını Turin nəhəngində davam etdirməyə yaxındır.
“Yuventus” onu Kvaratsxeliya kimi dəyərləndirir.
Gürcü futbolçu bu mövsüm əsas komandada 1 oyun keçirib.
