İtaliya klubu bu futbolçunu istəyir
16.10.2024 , 10:30
“Milan” hücumçusu Temmi Abrahamı komandadan göndərmək fikrindədir.
Korner.az xənər verir ki, klub rəhbərliyi hazırda icarə əsasında çıxış edən oyunçunu “Roma”ya qaytarmaq istəyir.
İtaliya nəhəngi onun əvəzinə “Lill”in hücumçusu Conatan Davidi heyətinə cəlb etməyi düşünür.
Kanadalı futbolçunun “Lill”lə müqaviləsi gələn il başa çatacaq.