İtaliya klubu baş məşqçisini qovdu
05.02.2020 , 18:28

İtaliyanın “Breşiya” klubu baş məşqçisi Eugenio Korini ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, mütəxəssisin müqaviləsinə xitam verilib.
Korini ikinci dəfədi ki, “Breşiya”dan qovulur. O, 2019-cu ilin noyabrında da A Seriyası klubundan qovulmuş, dekabrda yenidən komandaya gətirilmişdi.
