İtaliya klubu baş məşqçisini göndərir?
18.09.2024 , 22:00
“Milan” baş məşqçisi Paulo Fonsekanı göndərmək fikrindədir.
Korner.az xəbər verir ki, klub rəhbərliyi artıq mütəxəssisin xidmətindən razı deyil.
Fonseka A Seriyasında “İnter”ə qarşı oyunda məğlub olsa, komandadan göndəriləcək.
İtaliya nəhəngi bu vəzifə üçün Massimiliano Alleqrini namizəd görür.
Tərəflər arasında razılığın əldə olunduğu iddia olunur.