İtaliya klubu baş məşqçisini göndərdi
17.01.2023 , 15:34

İtaliyanın “Salernitana” klubu baş məşqçi Davide Nikolanı istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefaya “Salernitana”nın İtaliya A Seriyasının 18-ci turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyəti səbəb olub.
A Seriyasında 18 oyuna 18 xal toplamış “Salernitana” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
