İtaliya klubu baş məşqçisini göndərdi
22.04.2024 , 21:42

“Udineze” baş məşqçisi Qabriel Koffi ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.
Onu bu vəzifədə Fabio Kannavaro əvəzləyib.
50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Koffi ötən ilin oktyabrından “Udineze”yə rəhbərlik edirdi.
