İtaliya klubu 4 oyunçunu birdən göndərdi
01.07.2024 , 23:57

“İnter” 4 futbolçu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bunlar – Aleksis Sançes, Xuan Kuadrado, Davi Klassen və Stefano Sensidir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuların başa çatan müqavilələri yenilənməyib.
