İtaliyanın “İnter” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.
Korner.az– ın məlumatına görə, Milan klubu “Neftçi” ilə qarşılaşmadan bir gün öncə ölkəmizə təşrif buyuracaq.
Qonaqlar oktyabrın 3-də gələcək və Bakıya saat 18:00-da eniş edəcək. Bundan bir saat sonra isə “neradzurra”nın matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmadan dərhal sonra italyanlar Bakını tərk edəcəklər.
