İtaliyanın "İnter" klubu "Neftçi"nin oyununu izləmək üçün "Sumqayıt"a faks göndərib. Korner.az-ın məlumatına görə, İtaliya klubunun baş katibi Umberto Marinonun imzası ilə gələn faksda bildirilir ki, “İnter”in nümayəndələri sentyabrın 24-də Azərbaycan Premyer Liqasının "Sumqayıt" – "Neftçi" oyununda iştirak etmək istəyir və bunun üçün də Sumqayıt klubundan oyuna bilet, eyni zamanda, stadionda yer xahiş edir.
"Sumqayıt" bu faksa hələ cavab verməyib. Lakin qarşı tərəfin təklifi müsbət cavablandırılacağı gözlənilir.
Qeyd edək ki, Avropa Liqasının qrup oyunu çərçivəsində “İnter” oktyabrın 4-də Bakıda “Neftçi”nin qonağı olacaq.
