İtaliya dünya çempionatına vəsiqə qazana bilmədi – VİDEO
16.11.2021 , 10:55

DÇ-2022-nin seçmə mərhələsinin son tutunun oyunları davam edir.
Korner.az xəbər verir ki, İtaliya milli komandası səfərdə Şimali İrlandiyanın qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
16 xal toplayan İtalitya C qrupunu 2-ci pillədə başa vurub. Roberto Mançininin yetirmələri dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off matçlarında iştirak edəcək.
Şimali İrlandiya – İtaliya 0:0
