Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi olacaq.
Korner.az-ın məlumaına görə, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalisti Dündar Keşaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur.
Dostluq Cəmiyyətini yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.
Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.
Dündar Keşaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.
Qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.
Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən Qarabağ Futbol klubunun məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, Qarabağ futbol kıubunun vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak edəcəklər.
Qeyd: Təqdimat mərasimi 6 may saat 19-00-da Park İnn oteldə keçiriləcək.
