Dünən Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində İtaliya və Argentina milli komandaları qarşı-qarşıya gəliblər.
Korner.az-ın məlumatına görə, İtaliyanın “Olimpiya” stadionunda baş tutan qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada meydan sahiblərinin yeganə qoluna İsinqe imza atıb. Qonaq komandadan isə Qonzalo İquain və Ever Baneqa fərqlənməyi bacarıblar.
