Dünən İtaliya A seriyasında XII turun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında "Kalyari" "Kataniya"nı sınağa çəkib. Hər iki komandanın qarşılıqlı hücumlarına baxmayaraq qarşılaşmada hesab açılmayıb – 0:0.
A seriyanın son qalibi "Yuventus" isə səfərdə "Peskara"ya divan tutub. "Qoca siniyora" rəqibini 6 dəfə mərkəzdən başlamağa vadar edib – 6:1.
