Dünən İtaliya A Seriyasında VIII turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçirilib.
Son İtaliya çempionu olan "Yuventus" klubu "Napoli" ilə qarşılaşıb. 2:0 hesabı ilə başa çatan matç sayəsində şəriksiz lider olub.
Romada yerli "Latsio" klubu "Milan"ı milanla qarşılaşıb. Matç 3:2 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, VIII tura bu axşam keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.
İtaliya A Seriyasında VIII turun oyunları
"Yuventus" – "Napoli" – 2:0
Qollar: Kaseres, 80, Poqba, 82
"Latsio" – "Milan" – 3:2
Qollar: Hernanes, 25, Kandreva, 41, Kloze, 50, De Yonq, 61, Əl Şaaravi, 79