İtaliya A seriyasının XIV turuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub.
"Napoli" səfərdə "Kalyari"nin qonağı olub. Qarşılaşma neapolların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionluqa iddialı "İnter" isə səfərdə "Parma"nı sınağa çəkib. "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki rəqibi azarkeşlərini 3-cü matçda da, üzüb.
26 Noyabr
"Kalyari" – "Napoli" 0:1
Qol: Hamşik, 73
"Parma" – "İnter" 1:0
Qol: Sansone, 75
