Mayın 4-dən 8-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 5-ci – yekun (imtahanlar) mərhələsi keçiriləcək.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərə UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser və Fritz Şmid, həmçinin Almaniya təmsilçisi Erix Rütemöller rəhbərlik edəcək.
