"Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Korner.az-ın məlumatına görə, mersisaydlılar "Bavariya"nın futbolçusu Xerdan Şakiri ilə razılaşıb. Transferin 10 milyon avroya reallaşacağı gözlənilir. "İsveçrəli Messi"nin "pivəçilər"i tərk edəcəyi dəqiq olsa da, hansı kluba gedəcəyi müəyyən deyildi.
Qeyd edək ki, Şakiri ilə İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klubu da maraqlanırdı. (DailyStar)
