DÇ-2014-ün Argentinaya qarşı
keçirilən 1/8 final mərhələsinin oyunundan saat əvvəl İsveçrə millisinin baş
məşqçisi Otmar Hitsfeld ağır xəbər alıb.
Qol.Az-ın “Online reports”a istinadən yaydığı xəbərə görə, təcrübəli
mütəxəssisin böyük qardaşı 82 yaşında dünyasını dəyişib.
O, Bazel şəhərindəki
klinikalardan birində vəfat edib. Matçdan əvvəl Otmar Hitsfeldə qardaşının
ölməsi xəbəri çatdırılıb.
