İsveçrədə futbolun bərpa vaxtı açıqlandı
30.04.2020 , 18:40

İsveçrə Super Liqasının bərpa tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, dövlət rəsmiləri çempionatın iyunun 8-dən başlayacağını açıqlayıb.
Oyunların azarkeşsiz keçiriləcəyi bildirilir.
Mayın 11-dən isə komandalara məşq üçün icazə veriləcək.
