İsveçrə yığmasının sabiq qapıçısı Conni Leoninin karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, Kiprin “Omonia” klubunun isveçrəli qapıçısı "Neftçi"yə keçməyə çox yaxındır. Conni Leonun "ağ-qaralar"a gəlib-gəlməyəcəyi yaxın günlərdə bəlli olacaq. Paytaxt klubu onun transferində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, 1984-cü ildə anadan olmuş Leoni “Sion”un yetirməsidi. O, 2001-2003-cü illər aralığında bu komandada 30 oyuna çıxıb. Lakin qapıçının “Sürix” karyerası daha uğurlu olub. Leoni 2003-2012-ci illər aralığında bu komanda 158 oyun keçirib. 2012-ci ildə isə o, Kiprin “Omonia” klubuna keçib. Hazırda da onun kiprlilərlə müqaviləsi var.