UEFA İsveçrənin “Sion” klubunu cəzalandırıb.
Lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarını pozan klub iki il müddətinə (2018-2019 və 2019-2020 mövsümləri) avrokuboklardan kənarlaşdırıb və 235 min avro cərimə edilib.
Qeyd edək ki, “Sion” İsveçrə Superliqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
