İsveçrə – Azərbaycan: stadion və vaxt məlum oldu
12.09.2020 , 17:18

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də keçiriləcək İsveçrə – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Tyun şəhərindəki “Tyun Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. İsveçrə isə 18 xalla 1-cidir.
