İsveçrə – Azərbaycan oyununu yeri və saatı açıqlandı
24.01.2020 , 11:26

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə – Azərbaycan oyununun başlanma saatı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.
Korner.az xəbər verir ki, Sion şəhərindəki “Stade de Tourbilion”da keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Oyun martın 26-da olacaq.
