İsveçrə 1/8 finalda!
24.06.2024 , 01:00

Bu gün Avro-2024-də qrup mərhələsinin 3-cü turuna start verilib.
Korner.az xəbər verir ki, A qrupunda iki oyun keçirilib.
Artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə bitib.
Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gəlib. Qarşılaşma Macarıstanın 1:0 hesablı qələbəsi ilə bitib.
23 iyul
Avro-2024
A qrupu
23:00. İsveçrə – Almaniya – 1:1
Qollar: Ndoy, 28 – N.Fulkruq, 90+2
23:00. Şotlandiya – Macarıstan – 0:1
Qol: Sobot, 90+10
