İsveç səfərində “Qarabağ”ın qazancı – həm 3 xal, həm də…
06.10.2023 , 10:04

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” ötən gün “Hekken”i məğlub etməklə büdcəsini daha da zənginləşdirib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu İsveç səfərində əldə etdiyi 3 xala qarşılıq daha 660 min avro qazanc əldə edib.
Ümumilikdə isə “köhlən atlar” qrup mərhələsinə vəsiqə qazandıqdan sonra 4.8 milyon avro gəlir əldə edib.
