İsveç millisinin baş məşqçisi istefa verdi
20.11.2023 , 15:30

İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.
Korner.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis öz açıqlamasında bildirib.
O, Avro-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra istefa verdiyini deyib.
Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırırdı.
