İsveç millisinin müdafiəçisi Olof Melberq adını tarixə yazdırıb.
Korner.az-ın məlumatına görə, İngiltərə seçməsinin qapısına ikinci qolu vuran Olof Melberq AÇ-da İsveç millisinin heyətində qol vuran ən yaşlı futbolçu olub.
34 yaş 286-cı günündə İngiltərənin qapısına yol tapan Melberq bununla da, sabiq hücumçu Henrik Larsonu geridə qoyub. Larson daha öncə Avropa çempionatında 32 yaş 276-cı günündə fərqlənmişdi.
