Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması keçirildi. Püşk "Xəzər Lənkəran" – "Lex" cütünün qalibinə AİK (İsveç) – "Hafnarfyord" (İslandiya) cütünün qalibini rəqib etdi.
Korner.az-ın yaydığı xəbərə görə, artıq İsveç klubu öz rəsmi saytında "Xəzər Lənkəran" haqda məlumat verib. AİK-in rəsmi saytında Cənub təmsilçisinin 2006-07-ci ildəki çempionluqundan da danışılıb.
Xatırladaq ki, həm "Xzər Lənkəran" həm də, AİK ilk görüşlərində doğma azarkeşlər önündə qələbəyə həsrət qalıb 1:1.
