Yeni mövsümə hazırlıqları Azərbaycanda davam etdirən AZAL daha bir futbolçunu sınaqdan keçirir.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər”in düşərgəsinə qoşulan futbolçu Aziz Korr Nyanqdı.
Komandanın baş məşqçisi Vaiqf Sadıqov 1.85 boya malik qambiyalı futbolçu ilə bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, Qambiya millisinin 2005-ci ildən bu yana şərəfini qoruyan Korr Nyanq meydana çıxdığı 14 matçda 4 qola imza atıb. Onun son iş yeri isə İsveçin “Brommapoykarna” klubu olub.
