AVRO-2016-nın qrup mərəhləsində I turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün E qrupunun matçları keçiriləcək.
Bu qrupun ilk matçında İrlandiya və İsveç milliləri üz-üzə gələcək. Qarşılaşma “Stad de France”da oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qrupun digər oyununda isə turnirin iki favorit komandası – İtaliya və Belçika münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
13 iyun
E qrupu
20:00. İrlandiya – İsveç
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Sent-Deni. “Stad de France”
23:00. Belçika – İtaliya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. “Stade de Lion”
