İsveç – Azərbaycan oyunu bu hakimə tapşırıldı
24.03.2023 , 14:32

Avropa çempionatının seçmə mərhələsində martın 27-də keçiriləcək İsveç – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi qadın referi Stefan Frappart olacaq. Ona yan xətt hakimləri Mikael Beşebru və Metyü Qrosbost kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bastyen Deşepi yerinə yetirəcək.
Oyun saat 22:45-də başlayacaq.
