"Beşiktaş"ın sabiq baş məşqçisi qovuldu
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
Korner.az-ın məlumatına görə, son tur "Karabükspor"a səfərdə məğlub olan “İstanbul BB” çalışdırıcısı Karlos Karvalhalı tutduğu vəzifədən istefaya göndərib.
Uğursuz nəticələr səbəbindən komandadan uzaqlaşdırılan portuqaliyalı baş məşqçinin yerinə ən real namizəd kimi “Qalatasaray”ın canlı əfsanəsi, “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz göstərilir.
