Cənubi Koreya Futbol Federasiyası
millinin baş məşqçisi Honq Myun Bonun istefa ərizəsini qəbul etməyib.
Korner.az-ın yaydığı xəbərə görə, qurumun
vitse-preizdenti Huhu Jungmmo jurnalistlərə açıqlamasında hazırkı çalışdırıcı
ilə əməkdaşlığa davam edəcəklərini deyib:
“Honq Myun Bonun komanda ilə
uğurlar əldə edəcəklərinə inanırıq”.
Qeyd edək ki, DÇ-2014-də H
qrupunda mübarizə aparan Cənubi Koreya millisi qrupu sonuncu pillədə
tamamlayıb.
