ABŞ-ın MLS liqasında çıxış edən "Toronto" klubunun yarımmüdafiəçisi Sebastyan Covinko "Barselona"nın onu transfer etmək istəməsi ilə bağlı mətbuat yayılan xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, İtaliya millisinin futbolçusu: "Məni "Toronto"da hər şey qane edir. Həmçinin klubumu yeni dəyişmişəm. Ona görə mənə bu macəradan həzz almağa imkan verin", – sözlərini səsləndirib
28 yaşlı futbolçu bu mövsüm MLS-də 30 oyuna vurduğu 21 qolla bombardirlər siyahısına başçılıq edir. (Rai Sport)
