big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

İstanbul və Trömse ssenarisi Bakıda təkrarlana bilər – YAZI

28.08.2016 , 07:31

Ötən yazıda Bakıda keçiriləcək Şahmat Olimpiadasında kişilər arasındakı turnirin mümkün nəticələri, aşkar favoritləri və sürprizə imza atmaq iqtidarında olan iştirakçılar barəsində söz açmışdıq. Bu dəfə isə qadınların turnirinə analoji səpkili nəzər salmağa çalışacağıq.

Rusiyanı ardınca aparan İsveçrə çempionu

Yarışın reytinq lideri Çin yığmasıdır. Amma öncə Rusiya komandasına diqqət yetirsək, daha ədalətli olardı. Çünki son 3 Olimpiadanın qalibi olan ruslar bu dəfə də əsas favorit hesab edilirlər. Rusiyanın hər 3 uğurunda danılmaz pay sahibi olan və kollektivin şəksiz lideri Aleksandra Kostenyukdur. Birinci masada 12-ci dünya çempionunun mübarizə aparması komanda yoldaşlarına əlavə stimuldur. Maraqlıdır ki, Kostenyuk kişilər arasında qrossmeyster tituluna layiq görülən sayca 10-cu qadın şahmatçıdır. Daha bir maraqlı fakt isə onun Rusiya ilə yanaşı, həm də İsveçrə vətəndaçı olmasıdır. Məhz bu ikili vətəndaşlıq ona 2011-ci ildə həm də İsveçrə çempionu titulunu qazanmağa imkan verib. Kostenyukla yanaşı, Rusiya komandasının digər üzvü – Valentina Qunina da şahmatda sözünü demiş idmançıdır. O, Kostenyuk qədər məşhur olmasa da, hər halda, onunla 3 dəfə olimpiadalarda qələbələrə pay sahibi olub. Rusların Bakıya gətirəcək heyətdəki digər idmançıların karyerasında isə samballı qələbələr hələ yoxdur. Amma bu heç də Rusiyanın zəif olmasına sübut deyil. Kim bilir, bəlkə də ilk zirvə elə Bakıda fəth olunacaq.

Çinlilərin “əbədi ikincilikdən” qurtulmaq arzusu

Rusiya millisi son 3 Olimpiadanın qalibi titulunu qazanıbsa, Çin kollektivi də bu 3 turnirlərin hamısında 2-ci olub. Amma buna rəğmən şərqlilər bu mötəbər yarışları daha çox – 4 dəfə qazanıblar. Özü də hamısını ardıcıl olaraq – 1998-ci ildən 2004-cü ilə qədər. Bakı Olimpiadası 12 illik fasiləyə son qoya bilər. Xüsusən çinlilərin heyətində yer alan şahmatçıların siyahısına nəzər saldıqda bunun elə də əlçatmaz xülya olmadığını görürük. Ən başlıcası isə ondan ibarətdir ki, Çin yığmasının heyətinin bütün üzvləri məhz bu ölkəyə son 6 ildə 3 ikincilik qazandıran idmançılardan təşkil olunub. Kollektivin şəksiz lideri Xou Yifandır – qadınlar arasında dördqat dünya çempionu (2010, 2011, 2013, 2016), Çin komandasının tərkibində üçqat dünya çempionu. Xou qadınlar arasında qrossmeyster adını qazanmış ən gənc şahmatçıdır. O zaman çinli vunderkind 13 yaşına cəmi 3 ay idi ki, qədəm qoymuşdu. Xou həm də kişilər arasında qrossmeyster tituluna layiq görülən ən gənc qadın şahmatçıdır (14,5 yaş). Bir sözlə, rusları ardınca aparacaq liderləri Kostenyukdursa, çinlilərin də Xou Yifanı var. Amma Çin komandasının digər üzvləri də kifayət qədər təcrübəli və zamanında yüksək nəticələrə imza atmış idmançılardır. Məsələn, Çjao Syüe haqqında belə bir fakt: Bakı Olimpiadası onun üçün sayca 7-ci olacaq. Çin yığması haqqında digər bir maraq doğuran məqam: kollektivin ümumi yaş həddi 25-dir. Bir sözlə, gənc və perspektivli çinlilər Bakı turnirində qələbəyə əsas namizədlərdən hesab edilirlər.

İki dünya çempionu nə vəd edir?

Bakı Olimpiadasında medallar uğrunda mübarizəyə ciddi müdaxilə edəcək digər komanda isə son iki analoji turnirin üçüncüsü olmuş Ukrayna kollektividir. Heyətinə müxtəlif zamanlarda qadınlar arasında dünya çempionu titulunu qazanmış iki idmançını – Mariya Muziçuku və Anna Uşeninanı qatan ukraynalılar 2006-cı il uğurunu (o zaman Turində keçirilən Olimpiadada komanda ilk və hələ ki, son dəfə çempionluq zirvəsinə qovuşmuşdu) təkrarlamaq niyyətindədirlər. Mariya Muziçukun böyük bacısı Anna, həmçinin qrossmeyster Nataliya Jukova da asan rəqib deyillər. Amma komandaların və şahmatçıların son zamanlar sərgilədikləri oyunları və əldə edilən nəticələri əsas götürərək söyləmək olar ki, Ukrayna yığmasının Olimpiya çempionu olmaq istəyi bu dəfə də təxirə salınacaq. Ruslar və çinlilərin onları özlərindən irəli buraxacağı real görünmür. Amma idmanda hər şey ola bilər. Ən doğrusunu sentyabrın 14-də, yarış başa çatdıqdan sonra biləcəyik.

Gürcüstan artıq Çiburdanidzenin zamanındakı kimi güclü deyil

Gürcüstan millisi də Bakıya iddialı gələcək. Bir zamanlar dünyada qadın şahmatında əlçatmaz zirvə sayılan Gürcüstan şahmatçıları hazırda əski uğurlarını ancaq nostalji hisslərlə xatırlaya bilərlər. Maya Çiburdanidze, Nona Qaprindaşvili, Nona İoseliani, Nana Aleksandriya vaxtı ilə həm SSRİ, həm də müstəqillik dönəmində qonşularımıza böyük sevinclər yaşatmışlar. Dördqat olimpiya çempionları sonuncu belə uğuru 2008-ci ildə əldə ediblər. İndi kollektivdə keçmişin “nəhəngləri” yer almır. Amma buna rəğmən gürcülər yenə də güclü rəqiblərdəb biridir. Komandanın aparıcı siması 2008-ci ildə Maya Çiburdanidzenin liderliyi ilə ölkəsinə Olimpiya çempionu titulunu qazandıran Nana Dzaqnidzedir. İndi Mayanın yoxluğunda yoldaşlarını irəli aparmaq məsuliyyəti və yükü məhz onun öhdəsindədir. 2008-ci ilin zəfərində pay sahibi olan digər şahmatçı – Leyla Cavaxişvili də Bakıya gələcək komandanın üzvüdür. Sözsüz ki, gürcülər ən yüksək yerlərə sahib olmağı qarşılarına məqsəd qoyublar. Sonuncu Olimpiadada qonşularımızı fəxri kürsüdən cəmi 1 xal ayırdı. Bu dəfə gürcülər daha uğurlu nəticəyə imza ata biləcəklərmi? Bunu zaman göstərəcək.

Təəssüfki, Azərbaycansız…

Medalçılar uğrunda mübarizəyə Hindistan, ABŞ, Polşa, Almaniya və Macarıstan kollektivləri də qoşula bilərlər. Təəssüf ki, bu sıralamada,  çox istəsək belə, Azərbaycan komandasına yer tapa bilmədik. Bizi vətənpərvərlik hisslərin ölməsində, yaxud şahmatımıza inamsızlıqda ittiham etməyinə də dəyməz. Reallıq belədir və özümüzü aldatmağa dəyməz. ZeynəbMəmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və NərminKazımova, sözsüz ki, bacardıqlarını ortaya qoyacaqlar. Amma nə yazıq ki, bu bacarıq Olimpiya zirvəsini fəth etmək üçün çox azdır. Ümid edək ki, qızlarımız Azərbaycanı layiqincə təmsiledəcək, üz-üzə gələcəkləri bütün rəqiblərinə başağrısı olmağı bacaracaqlar.

P.S. 2012-ci il İstanbul və 2014-cü il Trömsedə keçirilən Olimpiadalarda ilk 3 yeri Rusiya, Çin və Ukrayna elə buardıcıllıqla bölüşdürdülər. Bakı Olimpiadasında da bu “üçlüyün” zirvəyə dırmanması heç kim üçün sürpriz olmayacaq və daha çox gözləniləndir.

Layihə AFFA yanına Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top