İstanbul təmsilçisində növbəti itki
18.04.2023 , 13:18

“Fənərbağça” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Miha Zayç sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu Super Liqanın 29-cu turunda keçirilən “Ankaragücü” ilə oyunda zədələnib. Sol budunda yırtıq və qanama olduğundan xəstəxanaya aparılanın futbolçunun müalicəsi davam etdirilir.
Onun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Miha Zayç, bu mövsüm keçirilən 28 oyunda 4 qol və 3 məhsuldar ötürmənin müəllifidir.
