İstanbulun “Beşiktaş” klubunda yeni müqavilə qeydə alınıb.
“Qara qartallar” yarımmüdafiəçi Tolqay Arslanla müqavilənin müddətini uzadıb. Yeni sözləşməyə əsasən 26 yaşlı futbolçu 2022-ci ilədək “ağ-qaralar”ın şərəfini qoruyacaq.
Tolqay Arslan “Beşiktaş”a 2015-ci ildə “Hamburq”dan transfer olub. O, Türkiyə klubunun heyətində 52 oyunda meydana çıxıb.
