“Qəbələ” “Beşiktaş”la yoldaşlıq oyunu keçirmək istəyib.
Korner.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi bununla bağlı Super Liqa klubuna təklif göndərib. Lakin “Beşiktaş” rəhbərliyi “Qəbələ”yə mənfi cavab verib.
Qeyd edək ki, hazırda Antalyada təlim-məşq toplanışında olan hər iki komanda “Gloria Sereniti” otelində məskunlaşıb.
