İstanbul nəhəngi İtaliyadan futbolçu gətirir
06.12.2024 , 20:00
“Fənərbağça”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi “Cenoa”dan Yohan Vasqesi heyətinə cəlb etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Klub onu mövsümü erkən başa vuran Ceyden Oostervoldenin yerinə əvəzləyici olaraq görür.