İstanbul klubunda növbəti ayrılıq
29.05.2024 , 12:02

“Fənərbağça”da daha bir ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, Coşua Kinq İstanbul təmsilçisindən ayrılıb.
Bu barədə futbolçu özü açıqlama verib. 32 yaşlı oyunçu Türkiyə klubu müqaviləsinin müddətini uzatmayıb.
Qeyd edək ki, Coşua Kinq 2022-ci ilin yayından “Fənərbağça”da çıxış edirdi.
