“Fənərbağça” klubu dörd futbolçusu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, bunlar Fabiano Ribeyro, Mixal Kadleç, Lazar Markoviç və Abdoulaye Badır.
Həmin futbolçulardan Kadleçin yeni klubu bəlli olub. Çexiyalı futbolçu karyerasını vətəni “Sparta” (Praqa) klubunda davam etdirəcək. Markoviçin isə müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıdacağı iddia olunur.
