İstanbul klubu hücum xətti üçün onu gətirir
24.06.2024 , 12:51

Hücumçu axtarışlarını davam etdirən “Beşiktaş” futbolçu Şeraldo Bekker üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, bu badədə Türkiyə mətbuatı məlumat yayıb.
29 yaşlı hücumçu ilə ilkin danışıqların olduğu bildirilir.
İstanbul təmsilçisinin “Real Sosyedad”a yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.
Ötən mövsüm “Real Sosyedad”da 15 rəsmi oyuna çıxan Şeraldo Bekker bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mina Musayeva
