“Qalatasaray” – “Fənərbağça” derbisinin keçiriləcəyi tarix açıqlanıb.
Korner.az-ın məlumatına görə, martın 20-də keçirilməli olan derbi İstanbul valiliyinin müraciətindən sonra təxirə salınmışdı.
Mümkün terror təhlükəsi səbəbindən təxirə salınmış qarşılaşma aprelin 13-də keçiriləcək. Oyunun başlama saatı hələlik bəlli deyil.
